Azərbaycan Respublikasında koronavirus infeksiyasından 142 nəfər müalicə olunaraq sağalıb, 126 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 233 min 770 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 228 min 299 nəfər müalicə olunaraq sağalıb, 3209 nəfər vəfat edib. Aktiv xəstə sayı 2262 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 576 min 454 test aparılıb. Bugünkü test sayı isə 5438-dir.