Azərbaycan Respublikasında koronavirus infeksiyasından 160 nəfər müalicə olunaraq sağalıb, 77 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 230 min 296 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 223 min 475 nəfər müalicə olunaraq sağalıb, 3136 nəfər vəfat edib. Aktiv xəstə sayı 3685 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 412 min 34 test aparılıb. Bugünkü test sayı isə 3984-dür.