Cari ilin mart ayı ərzində ölkədə yeyinti məhsullarının ixracı ötən ilin müvafiq ayı ilə müqayisədə 13,6 faiz artaraq 48,8 milyon ABŞ dolları olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qeyri-yeyinti məhsulları üzrə isə ixrac 70,1 faiz artaraq 216,7 milyon ABŞ dolları təşkil edib.