Azərbaycanda taksidə siqaret çəkən şəxslər cərimələnəcək.
Türk.az-ın xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Dəyişikliyə əsasən, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün məhsulları, o cümlədən siqaret çəkənlər 40 manatdan 50 manata qədər məbıəğdə cərimələnəcək.
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. Qanunun qüvvəyə minəcəyi tarix yaxın vaxtlarda məlum olacaq.