“Azərbaycanda “TURKOVAC” vaksinin 3-cü faza klinik sınaqları davam edir. Artıq ilkin məlumatlar toplanılaraq Türkiyə tərəfinə daha dəqiq və dərin təhlil üçün təhvil verilib”.
Bunu “Report”un sualını cavablandıran səhiyyə naziri Teymur Musayev deyib.
Nazir hesab edir ki, qısa müddətdə Azərbaycanda keçirilən sınaqlar “TURKOVAC”dan sonra silsilə gələn vaksinlər üçün öz töhfəsini verəcək.
Qeyd edək ki, sınaqlar Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir.