Azərbaycanın sərbəst güləşçisi Zəfər Əliyev İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
“Report”un məlumatına görə, 97 kq-da mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə slovakiyalı Adam Jaksiklə qarşılaşıb.
Rəqibinə 12:5 hesabı ilə qalib gələn Əliyev qitə üçüncüsü olub.