Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri noyabrın 25-də başa çatıb.
“Report” xəbər verir ki, Moskvanın “Vnukovo 2” Beynəlxalq Hava Limanında Birinci vitse-prezident Mehriban Əliyevanı Rusiyanın Xarici İşlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər yola salıblar.