Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.
“Report”un məlumatına görə, 92 kq çəki dərəcəsinə təsadüf edən qarşılaşmada rəqib Belarus təmsilçisi Omarhacı Məhəmmədov olub.
Görüş Nurməhəmmədovun qələbəsi ilə yekunlaşıb – 2:0.
Beləliklə, Azərbaycan sərbəst güləş yığması dünya çempionatında ikinci medalını qazanıb. Daha əvvəl Abubakr Abakarov (86 kq) da bürünc medala yiyələnib.