Azərbaycanın güllə atıcısı Almaniyada bürünc medal qazanıb

Azərbaycanın güllə atıcısı Leyli Əliyeva Almaniyanın Münxen şəhərində keçirilən “H&N Kuboku”nda yüksək nəticə göstərərək bürünc medal qazanıb.

Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, idmançı pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 213.9 xal toplayaraq üçüncü yerə layiq görülüb.

Turnirə yanvarın 26-da yekun vurulacaq.

ƏvvəlkiTürkiyədə hoteldə yanğınla bağlı saxlanılanların sayı 12-ə çatıb
NövbətiBaş katib husilərin saxladığı yeddi BMT əməkdaşını buraxmağı tələb edir