Bu ilin yanvar ayında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 108,969 milyon ABŞ dolları təşkil edib.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,1 % çoxdur.
Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,4 % təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 13 % artaraq 46,240 milyon ABŞ dolları (ümumi ixracın 11,4 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 14,9 % artaraq 62,729 milyon ABŞ dolları (ümumi idxalın 3,9 %-i) olub.
İl ərzində Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri 39,3 % artaraq 2 milyard 008,08 milyon ABŞ dollarına çatıb. O cümlədən, ixracın dəyəri 19,3 % artaraq 403,853 milyon ABŞ dolları, idxalın dəyəri isə 45,5 % artaraq 1 milyard 604,226 milyon ABŞ dolları təşkil edib.