Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub

Azərbaycanın iki cüdoçusu Polşanın Pila şəhərində keçirilən 23 yaşadək gənclər arasında Avropa çempionatında qızıl medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, Hüseyn Allahyarov (60 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Azərbaycanın digər təmsilçilərindən Aydan Vəliyeva (52 kiloqram) gümüş, Rüfət Şövlətov (73 kiloqram) isə bürünc mükafata layiq görülüb.

Bununla da milli komanda turnirin ilk gününü 4 medalla başa vurub.

Qeyd edək ki, noyabrın 17-dək davam edəcək Avropa çempionatında Azərbaycan 11 çəki dərəcəsində 15 idmançı ilə təmsil olunur.

ƏvvəlkiBMT mina təhdidi ilə mübarizədə Azərbaycanın gördüyü işləri təqdirəlayiq qiymətləndirib
NövbətiSOCAR dəniz obyektlərini karbonsuzlaşdırmağı və geotermal enerji imkanlarını araşdırmağı planlaşdırır