Azərbaycanın iki taekvondoçusu Avropa çempionu olub

Azərbaycanın daha 2 taekvondoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən gənclər arasında Avropa çempionatında medal qazanıb.

Federasiyanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub.

İlk yarış günündə Pünhan Mürsəlov (45 kq) bürünc medala yiyələnmişdi.

Hazırda Azərbaycan yığmasının aktivində 2 qızıl, 1 bürünc medal var. Avropa çempionatına noyabrın 14-də yekun vurulacaq.

ƏvvəlkiLerikin Rvarud kəndində qar örtüyünün hündürlüyü 22 santimetrə çatıb
NövbətiPrezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb