Azərbaycanın MDB PA-da nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.
Bu barədə Milli Məclisdən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyətinə Milli Məclisin Sədri Sahibə Qafarova rəhbərlik edəcək.
Nümayəndə heyətinin tərkibinə Mixail Zabelin, Aydın Mirzəzadə, Rauf Əliyev, Kamilə Əliyeva, İqbal Məmmədov, Emin Hacıyev, Nizami Səfərov, Afət Həsənova, Aqiyə Naxçıvanlı, Fəzail Ağamalı, Bəxtiyar Əliyev, Rüfət Quliyev, Rasim Musabəyov, Jalə Əliyeva, Tamam Cəfərova, Anatoliy Rafailov, İltizam Yusifov, Arzu Nağıyev, Əminə Ağazadə və Sabir Hacıyev daxil edilib.