“Avropa İttifaqı (Aİ) Azərbaycanın parlament seçkilərinə beynəlxalq müşahidəçiləri dəvət etməsini alqışlayır”.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas bildirib.
“Seçkilər dünyanın əksər ölkələrində, o cümlədən Avropa İttifaqı ölkələrində keçirilən normal prosesdir. Onların beynəlxalq standartlara uyğun keçiriləcəyi gözlənilir. Bu baxımdan Azərbaycanın ATƏT DTİHB və AŞPA beynəlxalq müşahidəçilərini seçkilərə dəvət etməsini alqışlayırıq”, – səfir deyib.
K.Yankauskas qeyd edib ki, Aİ əvvəl olduğu kimi, Azərbaycanın yeni parlamenti ilə də işləməyə hazırdır.