Azərbaycanın qızlardan ibarət basketbol yığması ardıcıl ikinci dəfə Avropa çempionu olub

Azərbaycanın 16 yaşadək qızlardan ibarət yığması Avropa çempionatının C divizionunda final oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, milli komanda Cəbəllütariqdə keçirilən matçda Kipr yığması ilə üz-üzə gəlib.

Qarşılaşmanın əvvəlindən üstünlüyü ələ keçirən Azərbaycan seçməsi rəqib üzərində 69:52 hesablı qələbə qazanıb. Bununla da Evren Alkayanın yetirmələri ardıcıl ikinci dəfə Avropa çempionu olub.

ƏvvəlkiTrampa sui-qəsddə şübhəli bilinən şəxsin avtomobilində partlayıcı qurğu aşkarlanıb
NövbətiAzərbaycan gimnastları beynəlxalq turnirdə 8 medal qazanıblar