Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda halqa və topla hərəkətlərin icrasında finalçılar müəyyənləşib.
“Report”un məlumatına görə, Azərbaycan gimnastı Zöhrə Ağamirova topla hərəkətlərdə finala vəsiqə əldə edib.
Həmçinin, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup komandası 5 halqa ilə hərəkətlərin icrasında həlledici mərhələyə adlayıblar.
Qeyd edək ki, gimnastların final çıxışları aprelin 23-də olacaq.