Azərbaycanın üç boksçusu Bolqarıstanın paytaxtı Sofiyada davam edən U-23 Avropa çempionatında finala yüksəlib.
“Report” xəbər verir ki, Tural Sarıyev (48 kq) yarımfinalda Samet Oruc Salihlə (Türkiyə) üz-üzə gəlib.
4:1 (30:27, 28:29, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələn gələn boksçumuz finala yüksəlib. O, həlledici görüşdə Luis Runi (İrlandiya) ilə qarşılaşacaq.
51 kq-da mübarizə aparan Nicat Hüseynov da yarımfinal döyüşündə qələbə qazanıb. O, Omer Ametoviçdən (Serbiya) üstün olub – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Hüseynov finalda Rudolf Qarboyanla (Ermənistan) döyüşəcək.
Murad Allahverdiyev (80 kq) də yarımfinal görüşünü xeyrinə bitirib. O, Ahmed Mavriçi (Serbiya) hər 3 raundda məğlub edərək, yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Boksçumuz finalda Sezar Yojerlinlə (Fransa) gücünü yoxlayacaq.
Milli üzvlərindən N.Hüseynov və M.Allahverdiyev oktyabrın 19-da, T.Sarıyev isə ertəsi gün rinqə çıxacaq.
Qeyd edək ki, boksçularımızdan Marjona Savriyeva (50 kq) Avropa çempionatında bürünc medal qazanıb.