Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belaruslu həmkarı Vladimir Makeyin vəfatı ilə bağlı başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir tviter hesabında paylaşım edib. Paylaşımda deyilir: “Belarus Respublikasının xarici işlər naziri V.V.Makeyin vəfatını dərin təəssüf hissi ilə öyrəndim. Vladimir Vladimiroviç əsl diplomat, Belarusun vətənpərvəri və Azərbaycanın dostu idi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.