Azərbaycanın yeniyetmə gimnastı olimpiya çempionu olub

Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.

Türk.az xəbər verir ki, gimnast Yelizaveta Luzan birinci yeri tutub. O, qrup üzrə lent yarışında qalib olub.

Qeyd edək ki, bunadək cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc medal qazanıb.

Əvvəlkie04de204-1d0a-4525-8c4c-5c10803d058c
NövbətiNovruz Məmmədov Nazirlər Kabineti Aparatının iclasını keçirib