Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanıb.
“Report”un məlumatına görə, 77 kq çəki dərəcəsində çıxış edən idmançı finalda moldovalı Aleksandrin Qutunu sınağa çəkib. Rəqibinə 3:6 hesabı ilə uduzan Həsənli ikinci yerlə kifayətlənib.
Bu gün həmçinin 130 kq-da yer alan Sərxan Məmmədov bürünc medal görüşünə çıxacaq. Onun rəqibi türkiyəli Muhammet Bakır olacaq.
Qeyd edək ki, martın 15-də Azərbaycanın daha 3 yunan-Roma güləşçisi – Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) final görüşlərini keçirəcəklər. Həsən Məmmədli (67 kq) və İsmayıl Rzayev (82 kq) isə bürünc medal uğrunda qüvvəsini sınayacaq.