2022-ci il yanvarın 1-dən Azərbaycan və İspaniya ikiqat vergitutmanı aradan qaldıracaq.
Bunu Trend-ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildiriblər.
Qeyd olunub ki, Azərbaycanla İspaniya arasında ikiqat vergitutmanın ləğvi barədə konvensiya 2014-cü il aprelin 23-də imzalanıb.
Sənəd 2021-ci il yanvarın 13-də qüvvəyə minib. Konvensiyanın tətbiq olunmasına isə 2022-ci il yanvarın 1-dən başlanacaq.