Milli Məclisdə Azərbaycan ilə Türkiyə arasında “Media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumundan irəli gələn məsələlərə həsr olunmuş tədbirlər keçiriləcək.
“Report” xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2023-ci il yaz sessiyası üçün iş planına daxil edilib.
Qeyd edək ki, bu gün komitənin iclası keçirilir.