Populyar realiti-şouda azərbaycanlı bəstəkarın mahnısı səsləndiriləcək.
“Yeni Gündəm” xəbər verir ki, Türkiyənin” TV8″ telekanalında yayımlanan “Survivor” realiti-şousu çərçivəsində bu gün yayımlanacaq “Survivor party” də maraqlı proqram təqdim olunacaq.
“Survivor party”nin bizim üçün əlamətdar məqamı isə proqramda azərbaycanlı bəstəkar Ruhin İsmayılovun bəstələdiyi” Susma” mahnısının ifa olunacağıdır.
Mahnının “TV8”-in aparıcısı və “Survivor” yarışmasının iştirakçısı Sema Aydemir və Vuralın duetində təqdim edilməsi nəzərdə tutulurdu.
Lakin koronavirusla bağlı tətbiq edilmiş ölkədən çıxış qadağası səbəbindən, Sema Aydemir mahnını tək oxuyacaq.