Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) 2019-cu il martın 31-də keçiriləcək prezident seçkilərində daha iki nəfərin namizədliyini rəsmi qeydə alıb. Trend-in məlumatına görə, namizədlikləri qeydə alınanlardan biri Aleksandr Şevçenko, digəri isə azərbaycanlı Roman Nəsirovdur.
Roman Nəsirov namizədliyini müstəqil şəkildə irəli sürüb.
Qeyd edək ki, Ukraynada seçki kampaniyası dekabrın 31-də başlayıb.