AZƏRBAYCANLI NUMIZMAT ALIM BEYNƏLXALQ MÜSABIQƏNIN MÜNSIFLƏR HEYƏTINƏ DƏVƏT ALIB

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə,  2018-ci il sentyabr ayında Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində XII Beynəlxalq xatirə sikkələrinin “Monetnoye sozvezdiye – 2018” müsabiqəsi keçiriləcək.

Qeyd edək ki, müsabiqənin təşkilatcısı, 2002-ci ildən fəaliyyət göstərən “Uoter Mark” Nəşriyyat evidir. İlk müsabiqə 2007-ci ildən keçirilməyə başlayıb.

Bu il münsiflər heyyətinin müzakirəsinə 9 nominasiya (1. Unikal konsepsiya, 2. Ən yaxşı bədii həll, 3. Original texnologiya, 4. Sikkə klassikası, 5. Xatirə sikkəsi, 6. Ən yaxşı dövriyyə sikkəsi, 7. İlin gümüş sikkəsi, 8. İlin qızıl sikkəsi, 9. İlin sikkəsi) üzrə 220 sikkə təqdim edilmişdir.

2018-ci ilin müsabiqəsində 2017-ci il 1 yanvar – 31 dekabır tarixində zərb edilmiş xatirə sikkələri təqdim ediləcək.

Bu il müsabiqəyə 26 ölkənin, Fransa, Lixtenşteyn, Avstraliya, Portuqaliya,Yeni Zelandiya, Almaniya, Böyük Britaniya, Niderland, İtaliya, İsrail, Latviya, Litva, Macarıstan, Qazaxıstan, Rusiya, İspaniya, Kanada, Avstriya, Polşa, Finlyandiya, Qırğızıstan, Belarusiya, Ermənistan, Çexiya, Cənubi Afrika Respublikasının Milli Bankları, zərbxanaları və distribyuter şirkətlərini  təmsil edən 220 sikkə təqdim edilmişdir.

Musabiqənin münsiflər heyətinə Rusiya, ABŞ, Azərbaycan, Böyük Britaniya, Latviya, Macarıstan, Litva, Kanada, Qırğızıstan, Almaniya, Meksika, Finlyandiya, İtaliya, Belarusiya, Avstriya, Ermənistan, Ukraynanın tanınmış müzey və auksion evləri,  distribyuter şirkətləri, numizmatlar assosiasiyaları, numizmat alimləri və diğər ekspertləri daxil edilmişlər.

İkinci ildir ki, mötəbər beynəlxalq musabiqənin münsiflər heyətinə Azərbaycan tərəfdən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və Epiqrafika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Arif oğlu Quliyev dəvət alır.    

ƏvvəlkiƏlət Şərq vaqon deposunda təmir işləri həyata keçiriləcək
Növbəti“Şəhidlik” adlandırılan massivdə arxeoloji araşdırma aparıldı