Azərbaycanlı qız həbsə məhkum edildi

Urmiyanın İnqilab Məhkəməsi azərbaycanlı milli-mədəni fəal Ulduz Qasimini 1 il həbs cəzasına məhkum edib.

Axar.az xəbər verir ki, fəal Urmiya İnqilab Məhkəməsinin 1-ci şöbəsinə müraciət etdiyi zaman ona bu barədə bildirilib. Məhkəmə hakim Səbirəli Çabok tərəfindən çıxarılan qərarı yazılı şəkildə elan etməkdən imtina edib.

Qeyd edək ki, E.Qasimi digər bir fəal Fərzad Əsədpurun anım mərasimində çıxış etdiyinə görə “sistemin əleyhinə təbliğat aparmaq” və “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşma və sözləşmə”də ittiham olunub.

ƏvvəlkiAtəşkəs 28 dəfə pozulub
NövbətiAvtomagistralda sürət həddi endirilib