ABŞ-da yaşayan həmyerlimiz Orxan İsmətzadə Şimali Karolina ştatının Qrinsboro şəhərində keçirilən sambo üzrə ölkə çempionatının qalibi olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, 98 kiloqram çəki dərəcəsində mübarizə aparan O.İsmətzadə bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Onun cempionatdakı rəqibləri Boston, Nyu-Cersi və Şimali Karolina ştatlarının təmsilçiləri olublar.
Qeyd edək ki, Orxan İsmətzadə uşaqlıqdan idmanın sambo növü ilə məşğul olur. O, Azərbaycanda keçirilən respublika turnirlərində qızıl və gümüş medallara layiq görülüb. ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində 2018-ci ildən yaşayan soydaşımız bu ölkədə təşkil edilən bir sıra beynəlxalq yarışlarda iştirak edib. Həmyerlimiz universal döyüş üzrə təşkil edilən dünya çempionatında ikinci yeri tutub.