Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Balababa Hüseynağa oğlu Rzayevin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Balababa Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.
Balababa Hüseynağa oğlu Rzayev 2006-2015-ci illər ərzində “Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində işləyib. Azərbaycan Prezidenti İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamına əsasən Rzayev Baba Hüseynağa oğlu “Azərişıq” ASC-nin Sədri vəzifəsinə təyin olunub.
Prezident İlham Əliyev 09 avqust 2016 tarixli Sərəncamı ilə Azərbaycanda elektroenergetika sahəsinin inkişafında xidmətlərinə görə Balababa Hüseynağa oğlu Rzayevə “Əməkdar mühəndis” fəxri adını verib. Prezident 2017-ci il 9 iyun tarixli Sərəncamı ilə Balababa Rzayevi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.