“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin idarə rəisi COVID-19 virusundan dünyasını dəyişib.
Bu barədə Trend-ə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı məlumat verib.
Onun sözlərinə görə, Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirus infeksiyasından dünyasını dəyişib: “Qorxmaz Abbasovun yaşı 60-dan yuxarı olduğu üçün o pandemiya ilə əlaqədar məzuniyyətdə idi. Məzuniyyətdə olduğu dövrdə bu virusa yoluxub və dünyasını dəyişib”.