Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan “Report”a verilən məlumata görə, fevralın 1-dən 28-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 63 mina və 601 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 379,6 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
2020-ci ilin noyabr ayının 10-dan bu ilin fevralın 28-dək azad edilmiş ərazilərdə piyada əleyhinə 10 600, tank əleyhinə 4 865 mina və 14 045 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Eyni zamanda 7 560 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.