Azad edilmiş ərazilərdə minaya düşərək həlak olan və yaralanan şəxslərin sayı açıqlanıb

2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə minaya düşərək həlak olan və yaralanan şəxslərin sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, minaya düşmə nəticəsində 7 hərbi qulluqçu, 32 mülki şəxs həlak olub.

Qeyd edilib ki, mina partlaması zamanı 117 hərbi qulluqçu, 67 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

ƏvvəlkiAzərbaycanın 32 məscidinə dini rəhbər təyin olunub
NövbətiÖzbəkistan Azərbaycan ərazisindən yeni nəqliyyat dəhlizinin yaradılmasını təklif edib