Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.
“Report” xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.
Bildirilib ki, azad olunan ərazilərdə noyabrın 13-dan 19-dək olan müddətdə 14 tank əleyhinə mina, 57 piyada əleyhinə mina, 1 582 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin, 737.7 hektar ərazi minadan təmizlənib.