Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azad Müəllimlər İctimai Birliyinin həyata keçirdiyi “Bullinqə qarşı mübarizədə məktəb – valideyn əməkdaşlığını stimullaşdıran maarifləndirici tədbirlərin təşkili” layihəsi çərçivəsində sonuncu altıncı təlim 26 avqust 2023 – cü ildə Zəngilan rayonu 4 nömrəli tam orta məktəbində keçrildi.
6-cı təlim video çarxların hazırlanmasına həsr olunmuşdu. Bu çarxların çəkilişində təlim iştirakçılarının özləri iştirak edirdi. Qruplar şəklində ilkin ideyaların paylaşmasına başlanıldı. Fikir bölgüsü aparıldı. Hələlik 3 çarx hazırlamaq qərarlaşdırıldı. Ssenarilər yazıldı. Birinci çarx dini bullinqə, ikinci çarx sosial bullinqə, üçüncü çarx fiziki bullinqə həsr olundu. Uşaqların müşahidə etdikləri hadisələrə yanaşmaları da çarxlarda öz əksini tapdı. Videolar Zəngilan rayon 4 nömrəli tam orta məktəbin müxtəlif siniflərində, idman meydançasında çəkildi. Gözlənildiyindən də artıq şagird, valideyn və müəllimin iştirak etdiyi təlimdən hamı razılıq hissi ilə ayrıldı. Təlimi benəlxalq və respublika əhəmiyyətli sertifikatları olan Bakı şəhər 35 nömrəli məktəbin müəllimi və təşkilatın təlimçisi Nüşabə Mehtiyeva aparırdı. Bir daha qeyd edək ki, təlimlər ödənişsizdir və 6 gün davam edəcək. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.