Aprelin 9-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən Azad Müəllimlər İctimai Birliyinin “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində növbəti beşinci təlim keçirildi.
Bugünkü təlimin mövzuları “Mədəniyyət və oxu”, “Oxu texnikasının inkişafı üçün məşqlər”, ”Mütaliənin janrları” oldu. Təlim iştirakçılarına məlumat verildi ki, 23 aprel 2018-ci ildən Ümumdünya Kitab Günü kimi bütün dünyada kimi qeyd edilir. Oxu mədəniyyətinin təbliğində informasiya istifadəçilərinə müxtəlif xidmətlər təklif edən Kitabxananın rolu danılmazdır. Belə nəticəyə gəlindi ki, insanlar yalnız təhsili almaq üçün deyil, həm də müxtəlif səbəblərdən oxuyurlar. İnsanlar gündə ən azı 10 dəqiqə kitab oxumalı və hekayə paylaşmalıdırlar. Oxu mədəniyyəti kitabxana kolleksiyalarına, oxucu kampaniyalarına, oxu klublarına və Ümumdünya Kitab Günü fəaliyyətlərinə daxil edilməlidir. Oxu texnikasının inkişafı üçün artikulyasiya, oxuma dilinin fırlanması, çətin tələffüz olunan sözləri oxumaq , sorğu ve nida cümlələrinin seçilərək oxunuşu, bir cümlənin fərqli intonasiya ilə oxunması, “Eyni nəfəsdə” oxumaq, “Exo”, “Sürətləndirmə”, “Mətn işarələnməsi”, “Əhvalla oxumaq”, “Rollara görə oxumaq”, “Diktorsayağı oxu” kimi oxu texnikalarından istifadənin çox vacibliyi təlim iştirakçılarının diqqətinə çatdırıldı.