Martın 13 də Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 33 saylı tam orta məktəbdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən Azad Müəllimlər İctimai Birliyinin “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində növbəti ikinci təlim keçirildi.
Birinci təlimdə iştirakçılar arasında aparılmış sorğunun nəticələri müzakirə olundu.
Bir qalanın sirri kinofilmindən fraqmentlər göstərildi.Oxunun əhəmiyyəti, şəxsiyyətin formalaşmasında oxunun rolu, oxu ənənəsinin yaradılması haqqında mövzu maraqla təqdim olundu.Karusel üsulundan istifadə edərək uşaqlar arasında paylanmış materialların rəvan və səlis oxunmasına və nitq mədəniyyətinin inkişafına diqqət yetirildi.Söz assosiasiyası üsulundan istifadə edərək ” Nə üçün oxuyursan? ” sualına təlim iştirakçıları tərəfindən cavab axtarıldı. Mütaliənin faydasının, xüsusilə, hər gün oxuyanlar üçün çox böyük olduğu, təxəyyülü genişlətməyə, yaradıcılığı inkişaf etdirməyə kömək etdiyi vurğulandı. Mütaliə bizi heç vaxt görə bilməyəcəyiniz yerlərə apara bilər. Video görüntülər bizə bir hekayə danışır, oxumaq isə hekayəni beyninizin içində yaradır. Gənc, sağlam və yaradıcı zehinə sahib olmaq istəyənlər üçün müntəzəm oxumaq mütləqdir. “ Gəlin nağıl quraq! ” karusel üsulu ilə aparılan bu oyun tapmaca çox maraqlı oldu. Altı qrupa ayrı- ayrı tapşırıqlar verildi. Hər qrup üzvü bir cümlə ilə digər fikri tamamlayıb qruplarla paylaşırdılar. Sonda bir- birindən maraqlı 6 nağıl alındı. Nağıllar təqdimat üsulundan istifadə edilərək oxunuldu.