AZAL İsrailə uçuşların sayını artırıb

“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) yay mövsümü ilə əlaqədar İsrailə həyata keçirilən uçuşların sayını artırıb.

Turk.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Məlumata görə, Bakıdan Təl-Əvivə uçuşların sayı 5-ədək artırılıb.

“10 iyundan 25 oktyabra kimi həftənin çərşənbə axşamı 1, cümə axşamı 2 və bazar günləri 2 dəfə İsrailin mədəni və iqtisadi mərkəzi olan Tel-Əvivə uçuşlar yerinə yetiriləcək”, – deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, hazırda AZAL Bakıdan Tel-Əvivə həftədə iki dəfə, çərşənbə axşamı və bazar günləri, aviareys həyata keçirir.

ƏvvəlkiAğsuda şagird məktəbin bufetində qidadan zəhərlənib
NövbətiCənubi Koreya və KXDR liderləri arasında görüş başlayıb