“Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyəyə səfər edən sərnişinlərə müraciət edib.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, Türkiyəyə giriş qaydalarına əsasən, Azərbaycan vətəndaşlarının (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən başlayaraq ən az 180 gün müddətində etibarlı olmalıdır. AZAL-ın xüsusi reysləri ilə İstanbula səyahət edən sərnişinlərə pasportlarının müddətini bir daha yoxlamaq tövsiyə olunur.