Bakı Fond Birjasında “AzerGold” QSC-nin AZ2002019878 dövlət qeydiyyat nömrəli, 10.000.000,00 ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 37 investor tərəfindən qiymət intervalı 100.0000 (4.00%) və 103.4239 (3.00%) olan 46 sifariş təqdim edilib. Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 102.0681 (3.50%), orta ölçülmüş qiyməti 102.4759 (3.35%) müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 18,443,000.00 ABŞ dolları təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10,000,000.00 dollar təşkil edib.