“Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın sədr müavini Şaban Nəsirov 2 illik fəaliyyəti ilə əlaqədar hesabat verib. Hesabatda aşağıdaklar qeyd edilmişdir.
“Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın sədr müavini kimi 2 illik hesabatımı hazırlayıb Şuraya təqdim etdim. İctimai Şuranın fəaliyyət müddəti may ayında yekunlaşsa da, düşünürəm ki, bundan sonra ancaq görüntü xətrinə hər hansı tədbirlər keçirilə bilər.
Hesabatımda bir çox məsələlərə detallı toxunmuşam. İstərdim ki, bununla bağlı Sizlərə qısa məlumat verim, sizləri yormayım. Çox təəssüf ki, bu alınmayacaq. İctimai Şuralarda gedən prosseslərdən aydın təsəvvürünüzün olması üçün geniş, bəzən xırdaçılıq kimi görünən tərəfləri barədə məlumat vermək istədim.
Bu iki il ərzində hansı işləri gördük və hansı işləri görmək olardı… İctimai Şura nədən bu istiqamətdə işləməyə can atmadı və buna kimlər və nələr mane oldu? – bu məsələlərə aydınlıq gətirmək istəyirəm. İctimai Şura üzvünün əsas işlərindən biri də ictimayyətə hesabat verməkdir.
İctimai Şuraya seçiləndə ilk iclasda söylədim ki, vətəndaşların şikayətlərindən başlayacam. Bu, imkan verəcəkdi ki, “Azəriqaz” İB-nin vətəndaşlarla iş mexanizmini öyrənək, çatışmazlıqları müşahidə edək və bu barədə Birliyin rəhbərliynə və adiyyəti dövlət qurumlarına təkliflərimizi verək. Təbii ki, vətəndaşların mövqeyindən fəaliyyət göstərməyi əsas xətt olaraq götürdüm.
İlk ili “Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin” rəhbəri Xəyal Bəşirovun rəhbərliyi altında fəaliyyət göstərdik. Xaçmaz və Lənkarana regional qaz istismar idarələrinə səfərlərimiz oldu. Bu istiqamətdə işlərmizi daha da genişləndirməyi düşünürdük. Vətəndaşların mövqeyindən çıxış edərək, İctimai Şura olaraq, qazın qiymət artımna və limitin aşağı salınmasına sərt bəyanatla reaksiya verdik. Həmçinin vətəndaşların gündəlik şikayətləri ilə yaxından maraqlanıb, adiyyəti qurumlara yönəldirdik. Bu şikayətlərə “Azəriqaz” İB tərəfindən necə yanaşıldığnı müşahidə edib, özümüz üçün müəyyən nəticələr çıxardırdıq. Çox təəssüf ki, işlərmizin rəvan getməsinə “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyinin sədri kimi Şuraya seçilən Elçin Salmanov və “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli mane oldu. Onlar hər bir işə qulp qoymaqla işləri pozmaqla məşğul oldular. Hətta imkan düşdükcə, istəklərinə nail olmaq üçün “Azəriqaz” İB-ni ictimai qınaq hədəfinə çıxarırdılar. Təbii “Azəriqaz” İB-nin fəaliyyətindən kifayyət qədər narazı olanlar bu insanların səmimi olduqlarnı düşünüb, sosial şəbəkələrdə dəstək verirdilər. Amma onların əksəriyyəti İctimai Şurada nələrin olduğnu və onların əsl məqsədinin nə olduğunu bimirdi…
Çox təəssüf ki, onların “stəkanda fırtına” qiyamı Şura üzvlərinin “laqeyidliyi” ucbatından baş tutdu. Elçin Salmanovu Şuraya sədr gətirildi. Sədr dəyişikliyindən sonra İctimai Şuranın ciddi fəaliyyəti yalnız göstəri xətrinə fəaliyyətə keçdi.
Elçin Salmanov sədr seçildikdən sonra İctimai Şuranın iclasları keçrilmədi, bahanə də bu oldu ki, qaydalara görə iclaslar ildə dörd dəfə keçrilməlidir və biz bu limiti keçmişik. Bu, isə əsasən onun sədr seçilməsi üçün keçirilən iclaslar idi. Eləcə də sədr seçilən kimi ilk növbədə Şuraya ayrılan iki otaqdan birini “Azəriqaz” İB-nə təhvil verdi, halbuki, əvvələr “Azəriqaz” İB-ni ittiham edirdi ki, iki otaq çox balacadır, Şura daha geniş otaqlarla təmin edilsin.
Faktiki olaraq, İctimai Şuranın işi dayansa da, Elçin və Qorxmaz müəllimlərin başçılığı altında Şuranın adından gen – bol istifadə edildi. Elçin Salmanovun “Azəriqaz” İB-nə minnətdarlıq əlaməti olaraq ilk hədiyyəsi bu oldu ki, İctimai Şura adından “Elin gözü tərəzidir” şousunu cəmiyyətə sırıdı. Belə ki, bu şounun İctimai Şuraya heç bir adiyyatı yox idi. Yəni özəl təşəbbüs idi. ”Elin gözü tərəzidir” şousunun həyata keçirilməsi İctimai Şuranın qərarı deyildi. (Bu, tədbirin elanı zamanı “Azəriqaz”ın çağrı mərkəzlərinin nömrəsi qoyulmuşdu. Şikayətçilərin seçilməsində, sayğacların sökülüb gətrilməsində heç bir Şura üzvü iştirak etməmişdi. Nəhayət laboratoriyada istifadə olunan qazla əhaliyə verilən qazın eyni standarta cavab verdiyni kimsə deyə bilməzdi) Çox təəssüf ki, şou ictimayyət arasında İctimai Şuranın nüfuzuna ciddi zərbə vurmuş oldu. Elçin Salmanovun bu istiqamətdə “fəaliyyəti” davam etdi. İctimai Şura adından “Azəriqaz” İB-nə yarınmasını davam etdirdi. İlk vaxtlar heç olmasa yanına bir-iki Şura üzvü alırdısa, sonra necə arxayın oldusa təkbaşına İctimai Şura adından “Azəriqaz”ın reklam üzü olmağa qərar verdi. Halbuki bu günəcən diplomu ilə bağlı ona ünvanladığım (Deyilənə görə diplomu saxtadır) suala cavab verə bilməyib.
Bir məsələni də qeyd edim ki, Xəyal Bəşirovun İctimai Şuraya rəhbərliyi zamanı ”Azəriqaz” İB-dən fəaliyyətmizi daha səmərəli qurmaq üçün sədrə və şikayətlər bölməsinin rəhbəri kimi mənə balansında 50 və 20 AZN-lıq aylıq limitlər olan nömrələr verilib. Bu nömrələrin aylıq limiti “Azəriqaz” İB tərəfindən ödənilir. Həmin vaxt Elçin Salmanov və Qorxmaz İbrahimlı bu məsələni korrupsiya faktı səviyyəsinə qaldırdılar. Halbuki Elçin Salmanov özü sədr seçildikdən sonra aylıq balansı 50 azn olan nömrəni götürüb Şuranın fəaliyyəti üçün deyil, ailəsinin istifadəsinə verdi.
Deyə bilərsiz, bəs Qorxmaz İbrahimli bu sədr dəyişikliyindən nə qazandı? İlk növbədə övladını “Azəriqaz” İB-də işə düzəltdi. Təbii ki, İctimai Şura üzvü titulundan istifadə edərək. Qorxmaz İbrahimlini tanıyanlar bilir ki, ağzından vətən, millət kəlmələri düşmür. Bununla bağlı İctimai Şura üzvlərinə məlumat verib, Cənab Prezidentin təsdiq etdiyi İctimai iştirakçılıq haqqında qanunu kobud surətdə pozduğu üçün İctimai Şurada məsələyə baxılmasını istədim. Çox təəssüf ki, İctimai Şura üzvləri bu günəcən bunu görməzdən gəlib reaksiya vermirlər. Təsəvvür edin, cənab Prezident vətəndaşların dövlət qurumlarının fəaliyyətinə nəzarət edə bilməsi üçün ictimai iştirakçılıqla bağlı fərman verir. Cəmiyyətdə ümüdləri doğrulda biləcək İctimai Şuraların yaranmasını istəyir, amma belə şəxslərin fəaliyyəti və onlara göz yumanların sayəsində bu istəklər beşikdəcə boğulur.
Keçən ilin sonunda keçirilən (Elçin Salmanovun sədrliyi altında il ərzində yeganə iclas olub) İctimai Şuranın iclasında yuxarıda dediyim məsələ ilə yanaşı digər təkliflərim də müzakirəsiz qaldı. İclasa bu məsələləri təklif edib gündəliyə salmışdım.
1. İctimai Şuranın “Whatsapp” qrupunun yaradılması. (İctimai Şuranın qərarı olmadan heç kim qrupda hər hansı dəyişiklik edə bilməsin)
2. Sədr Elçin Salmanovun ali təhsilinin olub–olmamasına aydınlıq gətirilməsi.
3. Elçin Salmanovun ictimai iştirakçılıq prinsiplərinə zidd fəaliyyətinin müzakirəsi.
4. Qaz limitinin artırılması (Limit 3000 kub metr olsun,şəhid ailələrinə pulsuz,qazi ailələrinə 50% güzəştlə, vətəndaşlara 10 qəpikdən. Limiti keçənlər 15-20 qəpik ödəsinlər), şəhid ailələri, qazilərə güzəştlərin tətbiq edilməsi ilə bağlı təkliflərin hazırlanıb, adiyyəti dövlət qurumlarına göndərilməsi.
5. “Azəriqaz” İB-nin daha çevik, məhsuldar fəaliyyət göstərməsi üçün ARDNŞ-dən ayrılmasının, müstəqil dövlət müəssisəsi olmasının vacibliyni özündə əks etdirən sənədin hazırlanıb adiyyəti dövlət qurumlarına göndərilməsi. Bu məsələ də olduqca önəmlidir. “Azəriqaz” İB-nin bütün rəhbər heyəti,rayon qaz istismar idarələrnin rəhbərliyi daxil SOCAR tərəfindən təyin edilir bu üzdən “kiçik padişahlar” daha rahat hərəkət edib vətəndaşları incidə,gedən prosesləri ləngidə bilirlər.
Gördüynüz kimi, həm İctimai Şuranı maraqlandıran, həm cəmiyyəti maraqlandıran təklifləri gündəliyə saldırmışdım. Təəssüf ki, müzakirəyə ehtiyac duymadılar. İctimayyətə son iclasdan ümumi olaraq bir-iki cümlə açıqlama verməklə işlərini bitmiş hesab etdilər.
Mən bu hesabatda sadəcə faktla təsdiqini tapmış məsələlərdən söz açdım. Hər kəs bilir ki, görünən tərəf görünməyənin azı onda biri qədərdir. Qalan məsələlərə ictimayyət və adiyyəti qurumlar fikir bildirə bilər.
Yuxarda sadaladığım problemlərlə, yanaşmalarla heç bir İctimai Şura effektli fəaliyyət göstərə bilməz. Onu da bilirəm ki, əksər İctimai Şuralarda vəziyyət belədir. Sadəcə çoxu açıq hədəf göstərib ictimai qınaq yaratmaqdan qorxur. Bu qorxunu isə siyasətlə malalamağa çalışırlar. Əziyyəti isə vətəndaşlarmız çəkir.
“Azəriqaz” İB yanında İctimai Şuranın sədr müavini
Şaban Nəsirov