İqtisadiyyat naziri Mikayıl Cabbarov Latviya Prezidenti Katibliyinin rəhbəri Andris Teikmanis ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.
“Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük. Görüş çərçivəsində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Latviyanın İnvestisiya və İnkişaf Agentliyi (LIAA) arasında imzalanmış Anlaşma Memorandumu ikitərəfli iqtisadi münasibətlərin möhkəmlənməsinə və birgə investisiya layihələrinin həyata keçirilməsinə töhfə verəcək”, – deyə Mikayıl Cabbarov qeyd edib.