“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.
Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə bir əməkdaş xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan əməkdaşın çıxarılması istiqamətində iş aparılır.