Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində qanun pozuntularının baş verdiyi məntəqələrin sayı açıqlanıb.
Türk.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, ümumilikdə 20 seçki məntəqəsində qanun pozuntusu qeydə alınıb.
Onun sözlərinə görə, pozuntularla bağlı daxil olan müraciətlər və sosial şəbəkələrdə yayımlanan pozuntuların görüntüləri 9 bələdiyyə üzrə 20 məntəqəyə aiddir: “Bu da 0.5 faizdən biraz çox deməkdir. Bilirsiniz ki, bizim ölkə üzrə 1606 bələdiyyə var. Bunun 160-ı 10 faiz, 16-sı 1 faiz edir. 9 bələdiyyə isə yarım faizdən biraz çoxdur”.