Bərdə rayonunda quldurluq hadisəsi baş verib.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən şəhər sakini M.Hüseynov oktyabrın 20-də saat 19 radələrində şəhər ərazisində 1 nəfərin ona zor tətbiq edərək 286 manatını almasını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini S.Paşazadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.