Bərdə rayonunda bədbəxt hadisə baş verib.
“Report”un Qarabağ mərkəzinin məlumatına görə, hadisə rayonun Alpout kəndində qeydə alınıb.
Kənd sakini 1983-cü il təvəllüdlü Səbuhi Məmmədov ağacda budama işləri apararkən yıxılıb. Ağır xəsarət alan S.Məmmədov Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.