Bakı-Ələt yolunun Qaradağ rayonundan keçən hissəsində magistral su kəmərində baş verən qəza aradan qaldırılıb, abonentlərin su təchizatında heç bir problem yoxdur.
Bu barədə “Report”un sorğusuna cavab olaraq, “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Xatırladaq ki, bu gün sözügedən ərazidən keçən magistral kəmərdə qəza baş verib. Belə ki, kəmərin bir hissəsində az miqdarda su təzyiqin gücündən havaya püskürüb.