Bu gün Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə sınaq səfəri təşkil olunub.
Bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib.
Bu məqsədlə ADY rəhbərliyi Tovuz və Ağstafa Dəmiryol Stansiyalarında hazırlıqlara baxış keçirib, müvafiq marşrut üzrə yaxın gələcəkdə fəaliyyəti bərpa oluna bilən stansiyaların texniki vəziyyəti müzakirə edilib.