Bakı dairəvi dəmir yolunun elektrik təchizatı sistemi yenidən qurulur

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Bakıxəbər.az-a verdiyi məlumata görə,Güzdək-Sumqayıt mənzilində 5,5 km dəmir yolunun kontakt şəbəkəsi yenidən qurulur.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu il mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncama əsasən işlər davam edir. Hazırda bir sıra istiqamətdə işlər aparılır.

İnfrastruktur Departamentinin “Əsaslı Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı-Sumqayıt-Bakı dairəvi yolunda elektrik təchizatı sistemi yenilənir.

MMC-nin rəisi Abbas Qəmbərovun verdiyi məlumata görə, hazırda Güzdək-Sumqayıt mənzilində 5,5 km dəmir yolunun kontakt şəbəkəsi yenidən qurulur. 69 ədəd dayaq qoyulub, 6 ədəd dəmir beton dayaq, 6 ədəd anker dayaq, 41 ədəd konsol, eləcə də 3 ədəd dayağa anker dartıcıları qoyulub.

Təmir işləri davam edir.

ƏvvəlkiOktardan şok açıqlama: Pulum olmur, anamdan…
NövbətiAzərbaycan manatının real effektiv məzənnəsi artmaqda davam edir