BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNMUŞ MƏQALƏ MÜSABİQƏSİNİN QALİBLƏRİNİN MÜKAFATLANDIRILMA MƏRASİMİ KEÇİRİLİB

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə başlanan
mədəni-kütləvi tədbirlər çərçivəsində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai
Birliyinin təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev – Bakı Dövlət
Universitetinin dünya şöhrətli məzunu” mövzusunda məqalə müsabiqəsinin
yekunlarına həsr olunmuş mərasim keçirilib.
Tədbiri açan rektor Elçin Babayev Ümummilli Lider Heydər Əliyev
şəxsiyyətinin Azərbaycan üçün əhəmiyyətindən danışıb. Müasir Azərbaycanın öz
varlığı ilə Ulu Öndərə borclu olduğunu bildirən rektor vurğulayıb ki, Ümummilli
Liderin xidmətləri sayəsində ölkəmizdə müstəqillik əbədi və dönməz xarakter alıb,
dövlətçilik möhkəmlənib, iqtisadi inkişaf üçün güclü təməl yaradılıb, elm və milli
təhsil sistemi müasirləşdirilib, fəal maarifçilik kursu həyata keçirilib. E.Babayev
Ulu Öndərimizin Bakı Dövlət Universitetinin ən görkəmli, dünya şöhrətli məzunu
olduğunu xüsusi vurğulayıb və bu mövzuda məqalə müsabiqəsinin keçirilməsini
yüksək dəyərləndirib, müsabiqə qaliblərini təbrik edib.
Sonra xalq şairi Nəriman Həsənzadə Ulu Öndər Heydər Əliyevin həyat və
faəliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib, Ümummilli
Liderimizin dövlətimizin və xalqımızın taleyində müstəsna xidmətlərindən bəhs
edib.
Müsabiqənin Təşkilat Komitəsinin rəhbəri, BDU-nun dosenti Ələmdar
Cabbarlı müsabiqənin yekunları haqqında məlumat verdikdən sonra qaliblər elan
olunub, onlara “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən diplom,
pul mükafatı və digər hədiyyələr təqdim olunub.
Tədbirin sonunda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr
müavini Həbib Misirov tədbirin keçirilməsinə yaratdıqları şəraitə görə BDU-nun
kollektivinə təşəkkürünü bildirib, müsabiqə qaliblərini və eyni zamanda BDU-nun
professor-müəllim və tələbə heyətini 100 illik yubiley münasibətilə İctimai Birliyin
sədri Qənbər Şəmşiroğlunun adından təbrik edib.

ƏvvəlkiPrezident: “Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına çox böyük diqqət veririk”
NövbətiAtəşkəs rejimi 22 dəfə pozulub