“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsinin Türk.az-a verdiyi məlumata görə, Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir.
Məqsəd Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində
sərnişinlərin daşınmasına artan təlabatı təmin etməkdir. Noyabrın 9-da
bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin
qatarı saat 845-də Bakıdan yola düşəcək və saat 1300-da Gəncəyə
çatacaq.
Noyabrın 11-də isə Bakıdan və Gəncədən 704/703 nömrəli Bakı-Gəncə-Bakı
sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Saat 845-də
Bakıdan yola düşəcək qatar saat 1300-da Gəncədə olacaq. Saat 1700-da
isə Gəncədən əks istiqamətə hərəkət edəcək, saat 2115-də Bakıya
çatacaq.