Oktyabrın 19-dan 20-nə keçən gecə, saat 02:30-dan 05:30-dək Bakı şəhərinin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinin müvəqqəti dəyişdirilməsi ilə əlaqədar olaraq, Hava Limanı şosesi, Heydər Əliyev prospekti və digər əsas yollar üzrə avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Bakı hava limanından AZƏRTAC-a bildirilib ki, gecikmələrin qarşısını almaq üçün səfərlərin öncədən planlaşdırılması, alternativ Zığ şosesi-Zığ-Hövsan-Hava Limanı marşrutundan istifadə edilməsi, ictimai nəqliyyat vasitələrinə üstünlük verilməsi tövsiyə olunur.
Bundan başqa, “Aeroexpress” avtobuslarının gecə saatlarında 45 dəqiqə intervalla xidmət göstərdiyi bildirilir.